Azərbaycanda bu tarifləri də Tarif Şurası müəyyən edəcək

11:42 - 29.05.2024


29 may, Fineko/abc.az. Azərbaycanda su və kanalizasiya şəbəkəsinə qoşulma üzrə tarifləri Tarif Şurası müəyyən edəcək.

Dövlət Su Ehtiyatları Agentliyindən ABC.AZ-a verilən məlumata görə, bu, Dünya Bankı Qrupunun “Business Ready” layihәsinin “Kommunal xidmətlər “Su şəbəkəsinə” qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində qeyd edilib.

Bildirilib ki, Azərbaycanda Prezidentin 1 may 2024-cü il tarixli müvafiq fərmanı ilə “Su təchizatı və tullantı suları haqqında” Qanununda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması bu sahədə yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən, su şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ hüquqi baza yaradılıb.