15:44 - 29.05.2024
29 may, Fineko/abc.az. 2011-ci ildən bəri İcbari Sığorta Bürosu (İSB) mülki məsuliyyəti sığortası olmayan avtonəqliyyat vasitəsi sahiblərinin vətəndaşların sağlamlığına vurduğu zərərə görə milyonlarla manat kompensasiya ödəyib, amma sığorta ödənişi alanların arasında Naxçıvandan bir nəfər belə olmayıb.
ABC.AZ xəbər verir ki, bunu İSB-nin icraçı direktoru Rəşad Əhmədov bu gün Naxçıvan şəhərində keçirilən I Regional Sığorta Forumunda bildirib.
"Hazırda isə muxtar respublikada demək olar ki, bütün sığorta şirkətləri təmsil olunur. Vətəndaşlar son 15 ildə üzləşdikləri zərərlə bağlı sığorta şirkətlərinin xətti ilə İSB-yə müraciət edə, kompensasiya ala bilərlər", - deyə o qeyd edib.
Bundan başqa, icraçı direktor deyib ki, Büroya daxil olan müraciətlərin 80 %-i avtomobillərin icbari sığortası ilə bağlıdır.
"Ötən il vətəndaşlara təqribən 1,5 milyona yaxın sığorta şəhadətnaməsi təqdim edilib, 70 minə yaxın sığorta ödənişi həyata keçirilib. Bu da ümumilikdə 75-80 milyon manat sığorta ödənişe deməkdir", - deyə R.Əhmədov əlavə edib. (Report)
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024