BMW Z4 və Toyota Supra istehsalatdan 2026-cı ilə çıxarılacaq

16:46 - 29.05.2024


29 may, Fineko/abc.az. İdman avtomobillərinin istehsalının başa çatması ilə bağlı məlumatlar, hər iki modelin yığıldığı Avstriyadakı Magna Steyr müəssisəsində azalma xəbərləri fonunda ortaya çıxıb.

ABC.AZ xəbər verir ki, zavodun yüklənməsi yaxın gələcəkdə kəskin şəkildə azalacağı üçün müəssisədən 500 nəfərə yaxın işdən çıxarılması planlaşdırılır: Fisker Ocean ilə yanaşı, konveyeri Jaguar F-Pace və I-Pace də daxil olmaqla bir sıra digər modellər tərk edəcək.

Toyota məlumatları rəsmi olaraq təsdiqləməyib, lakin Şimali Amerika filialının rəhbərliyi BMW ilə əməkdaşlığı başa çatdırıb. Ehtimal olunur ki, Toyota yeni nəsil idman avtomobili buraxacaq, lakin bu, bavariyalıların iştirakı olmadan baş verəcək.