Rusiya şirkəti Mineralnıye Vodı – Gəncə istiqamətində uçuşlara başlayır

16:59 - 29.05.2024


29 may, Fineko/abc.az. Rusiyanın “Azimut” aviaşirkəti iyunun 13-dən Mineralnıye Vodı – Gəncə istiqamətində uçuşlara başlayacaq.

ABC.AZ xəbər bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov sosial şəbəkələrdə yazıb.

“Stavropol diyarında hava əlaqələrinin coğrafiyasını genişləndiririk. Biz Mineralnıye Vodı hava limanından yeni marşrut açırıq. İyunun 13-dən etibarən Azərbaycanın ən böyük şəhərlərindən biri olan Gəncəyə “Azimut” Hava Yollarının həftəlik birbaşa reysi başlayacaq”, – o bidirib.

Qubernator qeyd edib ki, bu, Stavropol səyahətçiləri və sahibkarları üçün logistikanı daha rahat edəcək, həmçinin buraya turist axınının artmasına töhfə verəcək.