17:16 - 29.05.2024
29 may, Fineko/abc.az. Sabah saat 00:00-dan 07:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatında bildirilir.
Məlumata görə, məhdudiyyət yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.
“Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”,- deyə məlumatda qeyd edilib.
12 May 2025
12 May 2025