Azərbaycanda iki prokuror vəzifələrindən azad olunub

17:25 - 29.05.2024


29 may, Fineko/abc.az. Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fikrət Mahmudovun və Baş Prokurorluğunun Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Kamran Əhmədovun qulluq keçmələrinə xitam verilib.

ABC.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxslər qulluqda olmanın yaş həddi ilə əlaqədar qulluq keçmələrinə xitam verilib.