Çinin “Geely” şirkəti daha qənaətli mühərrikli hibridlər istehsal edəcək

21:56 - 29.05.2024


29 may, Fineko/abc.az. Çinin “Geely” şirkəti 2025-ci ilin birinci yarısında daha qənaətli yeni nəsil mühərriklə təchiz edilmiş bir sıra hibrid modelləri buraxmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, yeni “Geely” mühərrikinin istilik FİƏ 46,1%-ə qədər çata biləcəyi bildirilir.

Şirkət qeyd edir ki, bu, dünyada ən yüksək göstəricilərdən biridir və yeni mühərrik yanacaq sərfiyyatını azaldacaq, həmçinin məsafəni artıracaq. 
Yeni modellər “Geely Auto”-dan Galaxy seriyasında və Lynx & Co markası altında təqdim ediləcək.