Türkiyənin energetika naziri Bayraktar bu forumda Türkiyə nümayəndə heyətinə rəhbərlik edəcək  

21:58 - 29.05.2024


29 may, Fineko/abc.az. Türkiyənin energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PMEF) Türkiyə nümayəndə heyətinə rəhbərlik edəcək.

ABC.AZ xəbər verir ki, səfər çərçivəsində Bayraktar Rusiya və xarici biznes nümayəndələri ilə görüşlər keçirəcək, biznes və mədəniyyət proqramlarında iştirak edəcək.

Məlumatda həmçinin bildirilir ki, Türkiyə nümayəndə heyəti Fondun digər tədbirlərində, o cümlədən Rusiyanın "Səyahət et!" (12-16 iyun, Moskva) forumunda, Qroznıdakı Qafqaz İnvestisiya Forumunda (15-17 iyul, Qroznı) və Rusiya enerji həftəsində (26-28 sentyabr, Moskva) iştirak edəcək.
27-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 5-8 iyun 2024-cü il tarixlərində "Expoforum"da keçiriləcək. Bu il Forumun əsas mövzusu "Çoxqütblü dünyanın əsası — yeni böyümə nöqtələrinin formalaşmasıdır". Ümumilikdə, PMEF-2024-də iştiraklarını 110 ölkə və ərazinin nümayəndələri təsdiqləyiblər.