Ankara Tacikistanı Mərkəzi Asiyada ən vacib tərəfdaşı hesab edir

12:23 - 30.05.2024


30 may, Fineko/abc.az. Ankara Tacikistanı Mərkəzi Asiyanın strateji əhəmiyyətli regionunda əsas tərəfdaşlardan biri hesab edir.

ABC.AZ xəbər verir ki, bu barədə vitse-prezident Cövdət Yılmaz Tacikistanın Sənaye və Yeni Texnologiyalar naziri Şerali Kəbirin rəhbərlik etdiyi Tacikistan nümayəndə heyəti ilə görüşdə bildirib.

"Biz dost və qardaş Tacikistanla ortaq mədəni dəyərləri bölüşürük ki, bu da bu ölkəni Mərkəzi Asiya regionunda prioritet tərəfdaşlarımızdan birinə çevirir", — deyə Yılmaz vurğulayıb.

Danışıqlar zamanı tərəflər ticarət, iqtisadi, investisiya, turizm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret addımları müzakirə ediblər.