Azad edilmiş ərazilərin bərpası potensialı Avstriyada təqdim olunub

16:04 - 30.05.2024


30 may, Fineko/abc.az. Azərbaycanın biznes imkanları və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərin bərpası Avstriyada təqdim olunub.

ABC.AZ İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, təqdimat Vyanada təşkil olunmuş "Invest in Azerbaijan" adlı tədbirində baş tutub.

"Invest in Azerbaijan" tədbiri İqtisadiyyat Nazirliyi, AZPROMO, Azərbaycan-Avstriya Ticarət Palatası, Avstriya Ticarət Palatası (WKO) və Avstriya Sənaye Palatasının dəstəyi, Azərbaycanın Polşada fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatı və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Azərbaycan-Avstriyanın Ticarət Palatasının Prezidenti Cerald Gestbayer Azərbaycan-Avstriya xarici ticarət əlaqələri və perspektivli əməkdaşlıq istiqamətləri haqqında danışıblar.

Tədbir çərçivəsində Avstriyanın tikinti, müxtəlif maşın və avadanlıqların istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı və kimya sənayesi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Müıllif: Elmir Murad