“İnteqral” QSC “Azərbaycan Dəmir Yolları” QSC-ni məhkəməyə verib

16:40 - 30.05.2024


30 may, Fineko/abc.az. “İnteqral” QSC “Azərbaycan Dəmir Yolları” QSC-ni məhkəməyə verib.

ABC.AZ xəbər verir ki, iddia  müqavilələr əmələ gələn öhdəliklər üzrə qaldırılıb. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.

Məhkəmə hazırlıq iclası 21 iyun 2024-cü il, saat 16:10-a təyin edilib.