Farer adalarında bir milyon qızılbalıq məhv ediləcək — Səbəb

16:58 - 30.05.2024


30 may, Fineko/abc.az. Farer istehsalçısı Bakkafrost-un fermasında ISA virusunun aşkarlanması səbəbindən bütün qızılbalıq populyasiyaları kəsiləcək.

ABC.AZ xəbər verir ki, Farer qanunlarına görə, virus aşkar edildikdən sonra bütün sürü iki ay ərzində kəsilməlidir. Balıqların orta çəkisinin 2,6 kq olduğu təxmin edilir, normal olaraq qızılbalıq, dörd ilə altı kiloqram ağırlığa çatanda tutulur.

Atlantik qızılbalığının yoluxucu anemiyası (infektious salmon anemia və ya ISA), çox açıq anemiya və yüksək balıq ölümü ilə müşayiət olunan kəskin, ağır bir somon postsmolt xəstəliyidir. Virus 60°C temperaturda beş dəqiqə ərzində ölür, dondurulmuş halda -4°C ilə -15°C arasında ən azı 14 gün qalır.