Türkiyədə hərbçilərə "Tik-tok"a giriş qadağan olundu

17:05 - 30.05.2024


30 may, Fineko/abc.az. Türkiyə Silahlı Qüvvələrinin (TSK) şəxsi heyətinə “TikTok”dan istifadə etməyə qadağa qoyulub. 

ABC.AZ xəbər verir ki, bu qadağanın məqsədi təhlükəsizlik və məxfilik tədbirlərini artırmaqdır.

Qadağa ilə TSK personalının şəxsi məlumatlarını “TikTok”da paylaşması və bu platformada aktiv olması artıq mümkün olmayacaq.