Qazaxıstan Prezidenti süni pandemiyanın risklərini qeyd edib

17:20 - 30.05.2024


30 may, Fineko/abc.az. Qazaxıstan bioloji təhlükəsizliyə yönəlmiş yeni çoxtərəfli qurumun yaradılmasını təşviq edir.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 28-də Euronews üçün məqaləsində bildirib.

"Biz qlobal miqyasda süni pandemiyaların və bioterrorizmin dağıdıcı nəticələrinin qarşısını almaq məqsədi ilə biotəhlükəsizliyə yönəlmiş yeni çoxtərəfli qurumun yaradılmasını fəal şəkildə təşviq edirik", — deyə Qazaxıstan prezidenti qeyd edib.

Belə bir xəstəliyin baş vermə ehtimalı ilə yanaşı, COVID-19 pandemiyasından sonra mütəxəssislər belə ölümcül bir xəstəliyin mümkün süniliyindən də danışırlar.

Qeyd edək ki, Qazaxıstanda ABŞ ilə əməkdaşlıq edən bioloji laboratoriyalar var. Qazaxıstan prezidentinin özü mümkün bioloji təhdidlər mövzusunu bir neçə dəfə gündəmə gətirir.