Azərbaycan xaricdən diri qoyun idxalını 22 dəfə azaldıb

17:27 - 30.05.2024


30 may, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 61,4 min ABŞ dolları dəyərində 650 ədəd diri qoyun idxal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon178,5  dollar və ya 20,2 dəfə, miqdar baxımından isə 13 min 534 ədəd və ya 21,2 dəfə azdır.

2023-ci ilin yanvar-mart aylarında 1 milyon 240 min dollar dəyərində 14 min 184 ədəd qoyun gətirlib.

1 ədəd qoyunun orta ixal qiyməti 2024-cü ilin 4 ayına görə  94 dollar (161 manat) olub  ki, bu illik müqayisədə  7 dollar (12 manat) və ya 8% bahalaşma deməkdir.

Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd qoyunun orta idxal qiyməti 87 dollar (149 manat) təşkil edib.