Dünyanın 100 ən varlı adamların siyahısı təqdim olunub

11:58 - 31.05.2024


31 may, Fineko/abc.az. Siyahıda birinci yeri “Amazon”un təsisçisi və keçmiş prezidenti Jeff Bezos tutur - sərvəti 205 milyard dollardır. İkinci yeri LVMH şirkətində nəzarət paketinə sahib olan fransız iş adamı Bernar Arno tutur. Onun sərvəti 203 milyard dollar qiymətləndirilir. Reytinqin üçüncü pilləsində 202 milyard dollara sahib olan Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Mask qərarlaşıb.

ABC.AZ xəbər verir ki, dünyanın ən varlı onluğuna Meta qurucusu Mark Zuckerberg (169 milyard dollar); Google şirkətinin həmtəsisçisi Larry Page (156 milyard dollar); Microsoft qurucusu Bill Gates (152 milyard dollar) daxil olublar.