İqtisadiyyatımıza ayrılan kreditlərin 1.6%-i kənd təsərrüfatına yönəldilib

12:16 - 31.05.2024


31 may, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatına ayrılan kreditlərin 1.6%-i kənd təsərrüfatına yönəldilib.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf ofisinin (FCDO) maliyyələşdirdiyi “Gənc Aqrosahibkarlar” layihəsinin açılış konfransında deyib.

“Bu isə aqrar potensialın böyük olduğu Azərbaycanda kənd təsərrüfatı sektorunun maliyyəyə çıxış imkanları mexanizmləri və şərtlərində müəyyən islahatların aparılmasının zərurətini göstərir”, – deyə M. Musayev bildirib.

Onun sözlərinə görə, bugün aqrar sektorun sığortası sistemi, Sahibkarlığın İnkişafı Fondu, Aqrar İnkişaf Fondu kimi güzəştli dövlət maliyyə mənbələri fəaliyyət göstərir və bu da öz növbəsində aqrar sahədə çalışan sahibkarların daha yaxşı şərtlərlə kredit almasına imkan yaradır:

“Hesab edirik ki, girov mexanizmi ilə bağlı təkmilləşmələr də gələcəkdə inkişafa dəstək olacaq”.