Dünyanın ən maraqlı otelləri - Siyahı

15:59 - 31.05.2024


31 may, Fineko/abc.az. Dünyanın ən maraqlı otellərinin siyahlsı dərc edilib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Litvada yerləşən “Karosta Prison Hotel” sizə yatmaq üçün yerdə lövhələr, yemək kimi isə həbsxana yeməkləri təklif edir.

Otelin kral suitində böyük çarpayı var. İsveçdə yerləşən və dünyanın buzdan hazırlanmış ilk və ən böyük oteli olan “Icehotel” heç bir oteldə olmayan xüsusiyyətə malikdir.

Oteli əmələ gətirən buzlar havalar isindikcə əriyir və buna görə də otel yox olur. Havalar soyuyanda otel yenidən tikilir və müştərilər buzdan hazırlanmış oteldə qalırlar.

ABŞ-da yerləşən və “Winvian Farm” adlanan lüks yaşayış yeri pulu olanlara həqiqətən çox xüsusi təcrübələr vəd edir.

Amma bu otelin bizim siyahıda olmasının səbəbi onun yaşayış kimi təklif etdiyi otaqdır. Bu otaq “1968 Sikorsky Sea King Pelican HH3F” tipli helikopterin içərisində yerləşir.

Almaniyada yerləşən “Propeller Island City Lodge” müştərilərinə qəribə və qeyri-adi kimi təsvir edilə bilən bir təcrübə təqdim edir.

Oteldə qalmaq istəyirsinizsə, sizə yatmaq üçün tabut və ya qəfəs, hər şeyin alt-üst olduğu otaq kimi müxtəlif otaqlar təklif olunur.

Çilidə yerləşən “Montana Magica Lodge Hote”l bioloji qoruqda yerləşir və şəkildən də göründüyü kimi sulu həyat təklif edir.

Vulkan püskürməsi teması ilə hərdən zirvəsindən su səpən bu qeyri-adi otel yerli yeməkləri və fəaliyyətləri ilə diqqət mərkəzinə çevrilir.

Kosta Rikada yerləşən “Hotel Costa Verde” müştərilərinə təyyarədə yaşamaq təcrübəsini təklif edir.

1965-ci ildə istehsal olunmuş, meşənin üstünə yerləşdirilmiş Boeing 727 tipli təyyarədə yaşaya biləcəyiniz bu otelin pəncərələri okean və meşə mənzərələrini təqdim edir.

Dənizin ortasında, hər kəsdən uzaqda istirahət etmək istəyirsinizsə, 1859-cu ildə inşa edilən və bu gün otel kimi xidmət göstərən “Spitbank Fortuna”ya getməlisiniz.

Bu otel hərbi müşahidə məntəqəsi kimi tikilib. Bu gün 9 suit, 3 bar və 3 restorana ev sahibliyi edir.