Prezident iki buraxılış məntəqələri barədə qaydaları təsdiqləyib

14:05 - 3.06.2024


3 iyun, Fineko/abc.az. Azərbaycanla Rusiya arasında “Samur” - “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində körpünün istismar qaydaları təsdiq edilib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) - “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.