14:45 - 3.06.2024
3 iyun Fineko/abc.az Bu ilin 1-ci rübündə (yanvar-mart ayları) Azərbaycanda orta aylıq əmək haqqının ən çox artdığı 15 rayon məlum olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə orta aylıq maaşın ən çox artığı ərazi Naxçıvan şəhəri olub. Belə ki, bu şəhərdə orta aylıq maaş son bir ildə 158 manat (23%) artıb.
Naxçıvanda maaşların belə kəskin artımı bu şəhərdə çoxsaylı yeni bank filiallarının açılmasıdır. Əmək haqqının ənənəvi olaraq yüksək olduğu bank-maliyyə sektorunda çalışan işçilərin sayının artması şəhərdə orta maaşa ciddi təsirini göstərib.
Muxtar respublikanın digər rayonunda - Kəngərlidə isə orta maaşın illik artımı 137 manat (21%) olub və rayon ikinci pillədə qərarlaşıb.
Ümumiyyətlə qeyd edək ki, 2024-cü ilin 1-ci rübündə maaşların ən çox artdığı rayonların əksəriyyəti Naxçıvan Muxtar Respublikasına aiddir. Belə ki, Kəngərli ilə yanaşı, Şahbuz, Culfa, Şərur, Babək və Ordubadda da əmək haqlarının ciddi artımı hiss olunur.
Saatlı rayonu 16% (87 manat) artımla üçüncü, Şahbuz rayonu 15% (97 manat) artımla dördüncü olub. Zaqatala, Laçın və Culfa rayonlarında da illik 15% artım baş verib.
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025