Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilir

17:31 - 3.06.2024


3 iyun, Fineko/abc.az. Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilir.

ABC.AZ xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən foruma ICESCO-ya daxil olan 11 ölkədən - Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudandan təmsilçilər qatılıblar.

Forum çərçivəsində “Startapların və gələcək inklüziv texnologiyaların önəmi”, “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: trendlər və çağırışlar” mövzularında müzakirələr aparılacaq. (Report)