11:20 - 4.06.2024
4 iyun, Fineko/abc.az. Aviaşirkətlər 2024-cü ildə təxminən 5 milyard sərnişin daşıyacaq və onların gəlirləri təqribən 1 trilyon dollar artacaq.
Beləliklə, hər iki göstərici rekord həddə çatacaq və pandemiyanın mənfi təsirləri tamamilə aradan qaldırılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) son hesabatında bildirib.
Qeyd olunub ki, 2024-cü ildə dünya aviaşirkətlərinin ötən ildəki 25.7 milyard dollar xalis gəlirlə müqayisədə 30 milyard dollar daha çox gəlir əldə edəcəyi gözlənilir. IATA Dubayda keçirilən illik ümumi yığıncağında bildirib ki, bununla belə, ümumi xərclər də bu il rekord həddə çatacaq və 9.4 faiz artaraq 936 milyard dollar təşkil edəcək.
Assosiasiyanın baş direktoru Villi Uolş qeyd edib ki, artıq arxada qalmış ağır pandemiya dövründəki itkilər nəzərə alınarsa, gözlənilən 30 milyard dollarlıq mənfəət böyük nailiyyət sayıla bilər. O əlavə edib: “Şübhəsiz ki, aviasiya fərdlərin və iqtisadiyyatların ambisiyaları, rifahı üçün çox vacibdir. Aviaşirkətlərin gəlirlərinin artması və maliyyə dayanıqlığının gücləndirilməsi mühüm amillərdir”.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024