14:13 - 4.06.2024
4 iyun, Fineko/abc.az. Türkiyədə “Alsu” tankerinin sahibi dənizin mazutla çirklənməsinə görə 12,6 milyon lirə (391 min dollar) cərimələnib.
ABC.AZ xəbər verir ki, hadisə iyunun 1-də Türkiyənin qərbindəki Tekirdağ əyalətinin Marmara ereglisi limanında baş verib.
“Alsu” tankeri, yanacaq yükləmək üçün yanacaq şirkətinin limanına yaxınlaşanda, şlanq qırılıb. Gəmi yana əyilib, 12 min ton mazut dənizə tökülüb.
Limanda təhlükəsizlik tədbirləri görülüb, dənizin mazutdan təmizlənməsi davam edir.
16 May 2025
16 May 2025
16 May 2025