Cəbrayıla köç başlayır - Tender elan olundu

15:21 - 4.06.2024


4 iyun, Fineko/abc.az. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi açıq tender elan edir.

ABC.AZ xəbər verir ki, məcburi köçkün ailələrinin müxtəlif ərazilərdən Cəbrayıl rayonuna köçürülməsi elanda nəzərdə tutulub.

Qeyd edək ki, 1 554 ədəd ailənin Cəbrayıl şəhərinə eləcədə Cəbrayıl rayonunun müxtəlif kəndlərinə köçürülməsi planlaşdırılır.

Müsabiqədə iştirak haqqı 600 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 1500258001

Satınalan təşkilatın ünvanı: AZ 1122, Bakı şəhəri Tbilisi prospekti 129

Ehtimal olunan qiymət: 1 603 430 AZN

Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 04.06.2024 11:09

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 08.07.2024 14:00

Zərflərin açılış tarixi və vaxtı: 08.07.2024 14:00