İlham Əliyev türkiyəli naziri qəbul edib

17:21 - 4.06.2024


4 iyun, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Türkiyə energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

ABC.AZ xəbər verir ki, görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəmi qeyd edildi.

Dövlətimizin başçısı 1996-cı il iyunun 4-də “Şahdəniz” yatağına dair Sazişin imzalandığını xatırlayaraq, məhz bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanmasının böyük önəm daşıdığını dedi.

Alparslan Bayraktar qeyd etdi ki, Azərbaycan və Türkiyə dövlət başçılarının liderliyi ilə ölkələrimiz bir çox mühüm layihələr həyata keçirib və əməkdaşlığımız genişlənir.