Onlara dövlət zəmanətli kreditlər veriləcək

12:11 - 5.06.2024


5 iyun, Fineko/abc.az. Ərzaqlıq buğda istehsalçılarına müasir suvarma sistemləri üçün dövlət zəmanətli kreditlər veriləcək.

ABC.AZ xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası”nı təsdiqləməsi ilə mümkün olub.

Qərarın qəbulu ilə sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi təmin ediləcək.