“Astaraçay” MMC-nin nizamnamə kapitalı artırılır

16:08 - 5.06.2024


5 iyun, Fineko/abc.az. “Astaraçay” MMC-nin nizamnamə kapitalı artırılıb.

ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə kapitalı 3.53 min manat və ya 3 dəfə artırılmaqla 5.1 milyon manata yüksəldilib.

“Astaraçay” MMC “ASTARAÇAY”, “AzTea” və “Filli” çay brendlərinin istehsalçısıdır.

Çay istehsalı üçün istifadə olunan xam çay yarpaqları Azərbaycanın subtropik bölgələri olan Astara və Lənkəran rayonlarında yerləşən çay plantasiyalarımızdan yığılır. Çay emalı və qablaşdırma fabriki 2015-ci ildən fəaliyyət göstərir.

Şirkətin 350 ha çay plantasiyası və 23 ha sitrus bağları var. Şirkətin çay yarpağı ilə istehsal gücü 10 min tondur.