Boeing, CST-100 Starliner gəmisinin ISS-ə ilk pilotlu uçuşunu həyata keçirib

22:36 - 5.06.2024


5 iyun, Fineko/abc.az. ABŞ-ın Boeing Korporasiyası CST-100 Starliner gəmisinin ISS-ə ilk pilotlu uçuşunu həyata keçirib.

ABC.AZ xəbər verir ki, ilk olaraq CST-100 Starliner-in buraxılışı 21 iyun 2023-cü ildə baş tutmalı idi, lakin sonradan mühəndislər Starliner-də bir neçə dəfə texniki problemlər müəyyən etmişdirlər.