10:18 - 6.06.2024
6 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 8 min 912,8 ton duru kərə yağı istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 26 ton və ya 0,3% azalıb. Ötən ilin yanvar-aprel aylarında 8 min 938,8 ton kərə yağı istehsal edilmişdi.
2024-cü ilin may ayının 1-nə hazır məhsul ehtiyatı 31,8 ton təşkil edib. Hazır məhsul ehtiyatı illik müqayisədə 109,4 ton, yəni 4,4 dəfə azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 141,2 ton olub.
17 İyun 2025
17 İyun 2025
17 İyun 2025