Rusiyada immun hüceyrələrin rəqəmsal "fabriki" yaradılıb

13:46 - 6.06.2024


6 iyun, Fineko/abc.az. Rusiyanın Seçenov Universitetinin və Hesablama Riyaziyyat İnstitutunun  həkimləri və proqramçıları digər ölkələrdən olan həmkarları ilə birlikdə timusun riyazi modelini hazırlayıblar. Bu, insan immunitet sisteminin (çəngələbənzər vəzi) əsas orqanıdır.

ABC.AZ xəbər verir ki, model, müxtəlif amillərin (yaş, xəstəlik, dərman qəbulu) orqanizmdə xarici maddələr aşkar edən və onları məhv edən T—limfosit hüceyrələrinin sayına necə təsir etdiyini təyin edir.
“Proqrama daxil edilmiş alqoritmlər bioloji sistemin davranışını düzgün şəkildə proqnozlaşdırır. Xüsusilə, model immun T-hüceyrələrinin yetişmə ardıcıllığını və timusun quruluşunu əks etdirir”, — deyə Birinci Seçenov Universitetinin dərman inkişafında riyazi modelləşdirmə Mərkəzinin rəhbəri Kirill Peskov bildirib.
Mütəxəssislərin fikrincə, timus vəzinin işini rəqəmsal şəkildə imitasiya etmək orqan funksiyalarını yaxşılaşdırmaq üçün dərman və müalicə üsullarını inkişaf etdirməyə kömək edir.