Yumurta 4 qəpik bahalaşdı

14:36 - 6.06.2024


6 iyun, Fineko/abc.az. Azərbaycanda yumurta yenidən bahalaşıb.

ABC.AZ xəbər verir ki, bir neçə gün bundan əvvəl 10-11 qəpiyə satılan kənd yumurtası bu gün 14 qəpiyə təklif edilir.

Sakinlər bunun səbəbini mövsümlə əlaqələndirirlər:

“Bu ayın sonuna qədər kənd yumurtasının qiyməti artmaqda davam edəcək. Amma iyul ayından sonra yenidən yumurtanın qiymətində azalma müşahidə olunacaq”.