Gürcüstana gələn turistlər üçün icbari sığorta tələbi təxirə salına bilər

15:27 - 6.06.2024


6 iyun, Fineko/abc.az. Gürcüstana gələn turistlər üçün icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortanın 2026-cı il yanvarın 1-nə qədər təxirə salınması planlaşdırılır.

ABC.AZ xəbər verir ki, qonşu ölkənin parlamentinə qanunun müvafiq bəndinin tətbiqini gələn ilin sonuna qədər dayandıran qanun layihəsi təqdim olunub.

Sənədi hakim “Gürcü arzusu” partiyasını təmsil edən deputatlar təqdim edib.

Xatırladaq ki, “Turizm haqqında” qanuna əsasən, Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası olmalıdır.