“WhatsApp” süni intellektə malik köməkçisini işə salır

10:19 - 7.06.2024


7 iyun, Fineko/abc.az. "WhatsApp” biznes hesablarını idarə etmək və müştərilərlə işləmək üçün süni intellektə (AI) malik köməkçini işə salmaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, messencer müxtəlif tapşırıqlar üçün bir neçə süni intellekt sistemi yaradacaq.

Biznes hesablarının istifadəçiləri “WhatsApp” süni intellekt sistemlərindən istifadə edə biləcəklər.

Şirkət həmçinin süni intellekt sistemi əsasında dəstək xidmətini hazırlayır.

O, müştərinin suallarını avtomatik cavablandıracaq.