Azərbaycanda bu duzun istehsalı artıb

11:41 - 7.06.2024


7 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar-apel aylarında Azərbaycanda 26,2 ton qida duzu istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 4,6 ton və ya 21% artıb. Ötən ilin yanvar-aprel aylarında 21,6 ton qida duzu istehsal edilmişdi.

2024-cü ilin may ayının 1-nə hazır məhsul ehtiyatı 2,2 ton təşkil edib. Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,1 ton və ya 4% çoxdur. 2023-cü ilin may ayının 1-nə hazır məhsul ehtiyatı 2,3 ton təşkil edib.