12:11 - 7.06.2024
7 iyun, Fineko/abc.az. Türkiyə 21 iyun — 15 oktyabr 2024-cü il tarixlərində buğda idxalını dayandırır.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Kənd təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat verib.
Səlahiyyətlilər bu tədbiri yerli istehsalçılara qayğı və məhsul yığımı dövründə daxili qiymətləri qorumaq ehtiyacı ilə izah edirlər. Daha sonra idxal qadağası uzadıla bilər, bu barədə qərar bazardakı vəziyyətdən asılı olaraq veriləcək.
Eyni zamanda, Türkiyə 2024-cü ilin iyun ayına qədər 9 milyon tondan çox buğda ehtiyatları toplayıb ki, bu da satılmalıdır.
Türkiyə daxili bazarı dəstəkləmək üçün vaxtaşırı bu cür qadağalar tətbiq edir.
21 May 2025
21 May 2025