Rusiya Qarabağın bərpasında iştirak edə bilər

14:13 - 7.06.2024


7 iyun, Fineko/abc.az. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasında Rusiya şirkətlərinin iştirakı iqtisadi əməkdaşlığın perspektivli yoludur.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan İşgüzar dialoqu zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun bərpasına üstünlük verir və burada Rusiya biznesinin potensialına tələbat ola bilər.