Azərbaycanın xaricdən aldığı üzüm qurusu bahalaşıb, ya ucuzlaşıb?

15:21 - 7.06.2024


7 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 4 milyon 835 min ABŞ dolları dəyərində 2 min 102 ton qurudulmuş üzüm idxal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023- cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 759 min dollar və ya 57,2%, miqdar baxımından isə 464 ton və ya 28,3% çoxdur.

2023-cü ilin yanvar-mart aylarında 3 milyon 76 min dollar dəyərində 1 638 ton üzüm qurusu gətirlib.

1 kq üzümün orta ixrac qiyməti bu ilin ilk 3 ayına görə 3,91 manata başa gəlib ki, bu da illik müqayisədə 0,72 manat və ya 22,5% çoxdur.