Ukrayna Energetika Nazirliyi: ölkədə enerji sisteminin vəziyyəti 2022-2023-cü illərə nisbətən daha pisdir

21:56 - 7.06.2024


7 iyun, Fineko/abc.az. Ukraynadakı enerji sisteminin və enerji avadanlığının vəziyyəti son zərbələrdən sonra 2022 və 2023-cü illərlə müqayisədə daha da pisləşdi, istilik və hidroenerasiya obyektləri məhv oldu.

ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Herman Qaluşenko AB-nin Vyanadakı səfirlərinə bildirib.

"Ən böyük zərər istilik və hidroenerasiya obyektlərində qeyd olunur, veriliş sisteminin obyektlərinə xeyli ziyan dəyib. Sistemin ümumi itkiləri 9 GVT-ə qədərdir. Vəziyyət 2022-2023-cü illərlə müqayisədə daha pisdir. İstehlakçılar üçün məhdudiyyətlərdən istifadə olunur. Qışda olduqca çətin bir vəziyyətə hazırlaşırıq", – Qaluşenko deyib.
Onun sözlərinə görə, nüvə istehsalı Ukrayna üçün əsas olaraq qalır. Nazir qeyd edib ki, Ukrayna hakimiyyəti AES-in doqquz enerji blokunun hamısının qışda işləməsinə hazırlaşır.