Yaponiyada "Honda"da pozuntular aşkarlandı - Yoxlamalar aparılır

11:01 - 10.06.2024


10 iyun, Fineko/abc.az. Yaponiyanın Dövlət Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi "Honda" şirkətinin baş ofisində yoxlama aparır. 

ABC.AZ xəbər verir ki, bu barədə "Kyodo" agentliyi bildirib.

Məlumata əsasən, buna səbəb müəyyən avtomobil modelləri üçün sınaq qaydalarının pozulması ilə bağlı şübhələrin olmasıdır.

Bildirilib ki, səhər saatlarında beş nazirlik əməkdaşı "Honda"nın qərargahına gələrək yoxlamaya başlayıb. Şirkət 2009-2017-ci illər arasında avtomobilləri səs-küyə görə sınaqdan keçirərkən pozuntular barədə məlumat verməkdə şübhəli bilinir. Bu, "Fit" də daxil olmaqla 22 modelə aiddir.