12:06 - 10.06.2024
10 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu ilin aprelində bəzi tikinti materiallarının qiyməti ucuzlaşıb.
ABC.AZ xəbər verir ki, illik müqayisədə qiyməti aşağı düşmüş kəsilmiş taxta, ağac lifli lövhə, ağac yonqar lövhə, keramik plitə yapışdırcısı aylıq müqayisədə bahalaşıb.
Sementin qiymətində aylıq 1,4%, illik isə 3,6% bahalaşma müşahidə edilir.
Kəsilmiş taxtaların qiyməti son bir ildə 4,7% ucuzlaşsa da, son bir ayda 0,9% bahalaşıb.
Laminat parketinin qiymətində illik 0,2% ucuzlaşma, aylıq 0,3% bahalaşma baş verib. Bunların əskinə illik müqayisədə 4,8% bahalaşan divar kağızları aylıq 1,1% ucuzlaşıb. Divar kağızları üçün yapışqanlar isə son bir ildə 5,3% bahalaşmasına baxmayaraq, son bir ayda 0,4% ucuzlaşıb.
Plastik pəncərələrin qiymətində son bir ildə 2% bahalaşma, son bir ayda 0,1% ucuzlaşma baş verib.
21 May 2025
21 May 2025