Yaşıl iqtisadiyyata keçid üçün trilyonlarla pul lazımdır - Arpadarai

12:26 - 10.06.2024


10 iyun, Fineko/abc.az. Bizim COP mövzusu iqlim maliyyələşdirilməsidir. Yaşıl iqtisadiyyata keçid üçün trilyonlarla pul lazımmdır və bu maliyyə hardan gələcək? Biz özümüz Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük, eyni zamanda da dünyada da fəlakətlər baş verir.

ABC.AZ xəbər verir ki, bunu  bunu Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusunda keçirilən tədbirdə Milli Məclisin deputatı, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu  Nigar Arpadarai deyib.

O bildirib ki, dayanıqlıq mövzusu çox ciddi bir reallıqdır. 20-ci əsrin sonunda böyük şirkətlərin əsas məqsədi mənfəət qazanmaq idi, amma indi hər şey dəyişir.

Yaşıl iqtisadiyyata keçid bahalı prosesdir. Gələcək dayanıqlı iqtisadiyyatın arxasındadır.