14:10 - 10.06.2024
10 iyun, Fineko/abc.az. Rusiyanın “RAILGO” şirkəti Azərbaycanda 2 mln. manat nizamnamə kapitalı olan şirkət təsis edib.
ABC.AZ xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cari ilin ilk rübündə “RAILGO” Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alıb.
RAILGO şirkəti 25 dekabr 1997-ci ildə təsis edilib və uzun illərdir ki, yük daşımaları üzrə fəaliyyət göstərir.
Azərbaycandakı “RAILGO” MMC-yə Ceyhun Novruzov Elçin oğlu rəhbərlik edəcək. Şirkət Bakı şəhəri Səbail rayonu, Dağlıq, ev 37 ünvanında dövlət qeydiyyatına alınıb.
21 May 2025
21 May 2025