“Google” şirkəti Türkiyədə 14,8 milyon dollar cərimələnib

14:24 - 10.06.2024


10 iyun, Fineko/abc.az. “Google” şirkəti Türkiyədə cərimələnib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkəti cərimələyən Türkiyənin Rəqabət Təşkilatıdır.

Belə ki, otel sorğuları ilə bağlı ehtiyat tövsiyələrinə əməl etmədiyi müddətə görə “Google”a Rəqabət Təşkilatı tərəfindən ümumilikdə 482 milyon lirə (14,8 milyon dollar) cərimə tədbiq edilib.

İdarə Heyəti şirkətlə bağlı açdığı araşdırma çərçivəsində martın 21-də 3 aylıq monitorinq qərarı verib.

Şura gündəlik inzibati cərimənin bu 3 aylıq müddətin bitdiyi tarix olan 21 May tarixindən etibarən dayandırılmasına qərar verib.