14:32 - 10.06.2024
10 iyun, Fineko/abc.az. "Binance” mübadilə tokeninin (BNB) qiymətindəki rekorddan sonra onun qurucusu Changpeng Zhao ABŞ federal həbsxanasında cəza çəkən ən varlı şəxs pilləsinə yüksəlib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, onun dörd aylıq həbs cəzasının ilk həftəsində kriptovalyuta rekord səviyyəyə çatıb.
Belə ki, iyunun 4-də Zhao Kaliforniyadakı həbsxanaya gəlib. İyunun 5-də isə BNB-nin qiyməti “CoinGecko”ya görə, bazar kapitallaşmasını 717 dollara çatdırıb. İlin əvvəlindən bəri token iki dəfədən çox bahalaşıb.
Zhaonun sərvətini “Bloomberg” 38.5 milyard dollar, “Forbes” isə 33 milyard dollar olaraq qiymətləndirir. “Bloomberg Billionaires Index”ə görə, o, dünyanın 40-cı ən varlı adamıdır və 2024-cü ildə onun sərvəti 4.1 milyard dollar artıb.
Müəllif: Elmir Murad
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025