SOCAR-ın xarici ölkələrdə neçə yanacaqdoldurma məntəqəsi var?

15:59 - 10.06.2024


10 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) indiyədək Azərbaycanda və xarici ölkələrdə “SOCAR” brendi ilə 601 yanacaqdoldurma məntəqəsi açıb.

Azərbaycan Dövlət Neft Şirkətindən ABC.AZ-a daxil olan məlumata görə, “Azərbaycanda SOCAR-ın 60 yanacaqdoldurma məntəqəsi və 13 neft bazası var.

Qalan 541 yanacaqdoldurma məntəqəsi isə 6 ölkədə fəaliyyət göstərir”, - şirkətin məlumatında qeyd edilib. Eyni zamanda, Gürcüstanda “SOCAR” brendi ilə 107 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və onlardan 15-də elektromobillər üçün enerji doldurma məntəqələri var. Şirkət Türkiyədə 14, Ukraynada 56, Rumıniyada 75 yanacaqdoldurma məntəqəsi açıb.

İsveçrə və Avstriyada “SOCAR” brendi altında 289 yanacaqdoldurma məntəqəsi və 8 elektromobil enerji doldurma məntəqəsi fəaliyyət göstərir.