Azərbaycanda işsizlik səviyyəsi 5%-dən 4,5%-dək azalacaq - Proqnoz

16:24 - 10.06.2024


10 iyun, Fineko/abc.az. “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyini Azərbaycanda işsizlik səviyyəsinin 5%-dən 4,5%-dək azalacağını açıqlayıb. 

ABC.AZ xəbər verir ki, bu barədə reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirilib.

S&P-nin proqnozuna görə, bu il ölkədə işsizlik səviyyəsi 4,7%-ə, 2025-ci ildə isə 4,5%-ə enəcək. 2026 və 2027-ci illərdə isə dəyişməz olaraq qalacaq.

Qeyd edək ki, adətən xarici maliyyə təşkilatları Azərbaycanda işsizliklə bağlı proqnozları 5-6% civarında müəyyən edir. Beynəlxalq Valyuta Fondu 2024-2025-ci illər üzrə Azərbaycanda işsizlik səviyyəsini 5,5% proqnozlaşdırıb. (Apa)