Ukrayna kondisionerləri və xarici işıqlandırmanı söndürür

16:47 - 10.06.2024


10 iyun, Fineko/abc.az. Ukrayna hökuməti bütün nazirliklərə və regional hakimiyyət orqanlarına kondisionerlərdən istifadəni dayandırmağı və xarici işıqları söndürməyi əmr edib.

ABC.AZ xəbər verir ki, baş nazir Denis Şmıqal, Rusiyanın Ukrayna enerji sisteminə vurduğu zərbələrdən sonra enerji istehlakının azaldılması və maksimum enerji qənaətinin həyati əhəmiyyət daşıdığını deyib.

Ukraynadakı temperatur indi 25°C civarındadır, iyul və avqust aylarında isə 35°C-ə qədər yüksələ bilər. Şmıqal bildirib ki, hökumət analoji addımları hüquq-mühafizə və məhkəmə orqanlarına tövsiyə edib. O, biznesi buna nəzarət etməyə və kondisionerlərin və digər enerji tələb edən avadanlıqların istifadəsini mümkün qədər məhdudlaşdırmağa çağırıb.

Hökumətin hazırda avadanlıq almaq üçün yaradılan Fondda Qərbdən yardım şəklində təxminən 500 milyon avro varıdır. Səlahiyyətlilər, qərb qonşuları ilə elektrik idxalını 1,7 GVT-dən 2 GVT-dən çox artırmaq və təmirləri maliyyələşdirmək üçün istehlak elektrik tariflərini təxminən iki dəfə artırmaq üçün danışıqlar aparırlar.