Mişustin Əsədovla telefonla iqtisadi əməkdaşlığı müzakirə edib

16:59 - 10.06.2024


10 iyun, Fineko/abc.az. RF Hökumətinin sədri Mixail Mişustin Azərbaycanın Baş naziri Əli Əsədovla telefon danışığı aparıb.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

"Hökumət başçıları ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə böyük birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib", - deyə məlumatda bildirilir.