17:08 - 10.06.2024
10 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar-may ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 289 929 şəxs qəbul edilib və onlara 437 692 sayda xidmət göstərilib. Göstərilən xidmətlərin 164 mindən çoxu şifahi, 96 mindən çoxu isə elektron xidmətlərə aiddir.
ABC.AZ Vergi Xidmətinə istinadən xəbər verir ki, ümumi elektron xidmətlərin 89,1 faizini 9 xidmət növü təşkil edib:
- Bəyannamələrin , habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asan İmza sertifikatlarının verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
- Fiziki şəxsin uçotdan çıxarılması.
Yanvar – may ayları ərzində ümumilikdə 151 318 müraciət üzrə 250 422 Asan İmza sertifikatı verilib.
Vergi ödəyicilərindən daxil olmuş 15 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 5 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025