Naxçıvanda “Sağlam məhəllə”lər yaradılacaq

17:24 - 10.06.2024


10 iyun, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında “Sağlam məhəllə”lər yaradılacaq.

ABC.AZ xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin müxtəlif bölgələrində yaradılan “Sağlam məhəllə” idman zonalarından bir neçəsi də muxtar respublikada qurulacaq.

Plana uyuğn olaraq idman zonaları Culfa, Babək və Şahbuz şəhərlərində yaradılacaq. Artıq bu istiqamətdə ilkin addımlar da atılıb. Gənclər və İdman Nazirliyinin mütəxəssis və nümayəndələri məsul əməkdaşımızla birgə adıçəkilən şəhərlərdə olub, müvafiq meyarlara uyğun ərazilər müəyyənləşdirilib. İdman zonalarının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

İdman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları olur. İnsanların sağlamlığı, idmanın kütləviliyinə yönələn layihə eyni zamanda infrastrukturun genişləndirilməsi baxımından da önəmli rola malikdir.